Azərbaycan millisinin futbolçusu “Vulverhempton”la müqavilə imzalayıb

Azərbaycan millisinin futbolçusu “Vulverhempton”la müqavilə imzalayıb
# 06 avqust 2019 15:41 (UTC +04:00)

Azərbaycan milli komandasının futbolçusu Renat Dadaşov İngiltərənin “Vulverhempton” klubu ilə müqavilə bağlayıb.

APA-nın məlumatına görə, Premyer Liqa klubu 20 yaşlı hücumçunu Portuqaliyanın “Eştoril” komandasından transfer edib.

Lakin R.Dadaşov hələ İngiltərə klubunda çıxış edə bilməyəcək. Çünki “Vulverhempton” müqavilə bağladığı forvardı icarəyə göndərməyə üstünlük verib. Həmyerlimiz Portuqaliyanın “Pakoş de Ferreyra” klubunda oynayacaq.

Qeyd edək ki, Almaniya futbolunun yetirməsi olan və bu ölkənin aşağı yaş yığmalarında çıxış edən R.Dadaşov sonradan Azərbaycan millisinə cəlb olunub. O, ötən ilin yayında “Eştoril”lə iki illik müqavilə imzalayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR