Vüsal İsgəndərli: “Türkiyədə başqa təkliflərim var”

Vüsal İsgəndərli: “Türkiyədə başqa təkliflərim var”
# 18 aprel 2022 17:10 (UTC +04:00)

Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərli Türkiyədə komandasını dəyişə bilər.

Bu barədə apasport.az saytına “Keçiörengücü”nün yarımmüdafiəçisi özü məlumat verib.

Ankara təmsilçisi ilə müqaviləsi olmasına baxmayaraq, hazırda “Sumqayıt”ın düşərgəsində olan İsgəndərli TFF I Liqa təmsilçisindən hələ ayrılmadığını deyib. Ancaq 27 yaşlı hücumameylli oyunçu komandada problemlərin olduğunu istisna etməyib: “Hələ ki, “Keçiörengücü”nün futbolçusuyam. Hazırda komanda ilə birgə olmamağım maddi məsələ ilə bağlıdır”.

Vüsal “Sumqayıt”a keçmək barədə düşünmədiyini, yenidən Türkiyəyə qayıdacağını bildirib: “Sumqayıt”da yalnız formada qalmaq üçün məşq edirəm. Türkiyədə başqa təkliflərim var. Tezliklə yenidən ora qayıdacağam”.

Qeyd edək ki, Vüsal İsgəndərlinin “Keçiörengücü” ilə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR