Almaniya Bundesliqası mayın 9-da başlamayacaq

Almaniya Bundesliqası mayın 9-da başlamayacaq
# 30 aprel 2020 21:58 (UTC +04:00)

Almaniya Futbol Liqasının Bundesliqa ilə bağlı istəyi reallaşmayacaq.

Apasport.az saytının məlumatına görə, koronavirus pandemiyası ilə əlaqədar dayandırılan çempionat öncədən nəzərdə tutulduğu kimi, matın 9-da bərpa olunmayacaq.

Almaniya hökuməti yarışın bərpa olunması ilə bağlı qərarı gələn həftəyə təxirə salıb. Kansler Angela Merkel və federal əyalət başçıları sammitdə bu məsələni müzakirə ediblər. Hazırlanan qətnamə layihəsi mayın 6-da keçiriləcək növbəti iclasda təqdim ediləcək. Bundesliqanın bərpası ilə bağlı qərar gələn həftəyə qaldığından, oyunların mayın 9-da başlaması müzakirə mövzusu deyil.

Qeyd edək ki, Almaniya Bundesliqasında mübarizə XXV turdan sonra dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR