“Böyük beşlik”də ən yaxşı futbolçular açıqlanıb

“Böyük beşlik”də ən yaxşı futbolçular açıqlanıb
  • Clock-gray 09:48
  • calendar-gray 29 Mart 2021

Avropanın “Böyük beşlik” liqalarının ən yaxşı futbolçuları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, CİES futbol observatoriyası 2021-ci ilin ilk rübü ilə bağlı hesabatına əsasən Lionel Messi 1-ci sırada yer alıb.
 
Robert Levandovski və Jorjinyo ikinci sıraya şərikdir. İlk “beşliy”i portuqaliyalılar Ruben Diasla Kriştiano Ronaldo qapayır.

1. Lionel Messi (Barselona) – 92,5
2-3. Robert Levandovski (Bavariya) – 89,5
2-3. Jorjinyo (Çelsi) – 89,5
4. Ruben Dias (Mançester Siti) – 89,4
5. Kristiano Ronaldo (Yuventus) – 89,3
6-7. Nabil Fekir (Betis) – 87,6
6-7. Toni Kroos (Real) – 87,6
8. Andre Silva (Ayntraxt) – 87,4
9. Lorenso İnsinye (Napoli) – 87,0
10. Ceydon Sanço (Borussiya D) – 86,4

ApaSport

Digər xəbərlər