"Mançester Siti"nin əfsanəsi ölüb

"Mançester Siti"nin əfsanəsi ölüb
# 26 may 2020 14:09 (UTC +04:00)

"Mançester Siti"nin əfsanəvi futbolçusu Qlin Pardo vəfat edib.

Apasport.az saytının məlumatına görə, xəstəlikdən əziyyət çəkən Pardo 73 yaşında ölüb.

Karyerası ərzində yalnız "şəhərlilər"in formasını geyinmiş ingiltərəli 1962-1976-cı illərdə həm müdafiəçi, həm də hücumçu kimi matçlarda iştirak edib. Klub rəsmi saytı vasitəsilə Pardonun ailəsinə və yaxınlarına başsağlığı verib.

Qeyd edək ki, Qlin Pardo "Mançester Siti"nin heyətində 1968-ci ildə İngiltərə çempionu olub. O, həmçinin ölkə kubokunu, Liqa kubokunu, Superkubokunu və Kuboklar Kubokunu qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR