Ronaldinyonun həbsinə qərar verilib

Ronaldinyonun həbsinə qərar verilib
  • Clock-gray 10:59
  • calendar-gray 05 Mart 2020

Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo həbs oluna bilər.

Apasport.az saytının məlumatına görə, karyerasının parlaq dövrü İspaniya “Barselona”sında keçirən hücumçu Paraqvayda azadlıqdan məhrum edilə bilər.

Cənubi Amerika ölkəsində Ronaldinyonun həbsinə qərar imzalanıb. O, ölkəyə saxta sənədlərlə daxil olmaqda şübhəli bilinir.

Polis onun qardaşı ilə birlikdə qaldığı otelin otağında axtarış aparıb. Hazırda onların hər ikisi hüquq-mühafizə orqanlarının nəzarəti altındadır. Ronaldinyo Paraqvaya uşaqlar üçün pulsuz səhiyyə proqramını təqdim etmək üçün gəlib.

ApaSport

Digər xəbərlər