Macarıstanlı futbolçu: “Xorvatiyadakından qat-qat yaxşı oynadığımızı sübut edəcəyik”

Macarıstanlı futbolçu: “Xorvatiyadakından qat-qat yaxşı oynadığımızı sübut edəcəyik”
# 12 oktyabr 2019 19:02 (UTC +04:00)

“Xorvatiya ilə görüşdəki səhvlərimizi müzakirə etmişik”.

APA-nın məlumatına görə, bunu Macarıstan millisinin futbolçusu Roland Şallai deyib.

AVRO-2020-nin Azərbaycan yığması ilə sabah keçiriləcək seçmə oyununa həsr olunan mətbuat konfransında iştirak edən hücumçu görüş barədə danışıb: “Splitdəki oyunumuzu matçdan dərhal sonra soyunub-geyinmə otağında analiz etdik. Həmin qarşılaşma bizim simamızı əks etdirmir. Biz daha yaxşı oynamağı bacarırıq. Xorvatiyadakından qat-qat yaxşı oynadığımızı sübut edəcəyik”.

Qeyd edək ki, Macarıstan Azərbaycanla matçdan öncə Xorvatiyaya 0:3 hesabı ilə uduzub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR