“Neftçi”nin “Arsenal”la ilk oyununun vaxtı açıqlanıb

“Neftçi”nin “Arsenal”la ilk oyununun vaxtı açıqlanıb
# 19 iyul 2019 09:37 (UTC +04:00)

Bakının “Neftçi” klubunun növbəti avrokubok matçının vaxtı açıqlanıb.

APA-nın məlumatına görə, Avropa Liqasının II təsnifat mərhələsinin “Arsenal”la ilk oyununun başlama vaxtı dəqiqləşib.

Rusiya təmsilçisi ilə iyulun 25-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. “Neftçi”nin səfər görüşü Tuladakı “Arsenal” stadionunda keçiriləcək.

Qeyd edək ki, cavab oyunu avqustun 1-də baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR