"Qəbələ" yeni mövsümün hazırlığına başlayıb

"Qəbələ" yeni mövsümün hazırlığına başlayıb
# 18 iyun 2019 00:26 (UTC +04:00)

“Qəbələ” yeni mövsümün hazırlığına start verib.

APA-nın klubun saytına istinadən məlumatına görə, “qırmızı-qaralar” Qəbələ şəhər stadionunda bir araya gəlib.

2019/20 mövsümünə hazırlıq çərçivəsində baş tutan ilk məşq iki hissədən ibarət olub. Öncə futbolçular fiziki hazırlıq keçiblər. Ardınca komanda üzvləri meydanda məşq ediblər.

Sənan Qurbanovun rəhbərliyi altında baş tutan hazırlıqda əsasən toplu çalışmalar yerinə yetirilib.

Qeyd edək ki, yeni mövsümə hazırlığın ilk mərhələsi iyunun 29-dək davam edəcək. Həmin gün “Qəbələ” Bakıda “Zirə” ilə yoxlama oyunu keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR