“SOCAR Georgia Gas” yanacaqdoldurma məntəqəsinə basqına münasibət bildirib - YENİLƏNİB

“SOCAR Georgia Gas” yanacaqdoldurma məntəqəsinə basqına münasibət bildirib - YENİLƏNİB
# 16 yanvar 2020 12:00 (UTC +04:00)

“SOCAR Georgia Gas” yanacaqdoldurma məntəqəsinə basqına münasibət bildirib.

“SOCAR Georgia Gas” şirkətinin direktoru Azər Məmmədov APA-nın yerli bürosuna açıqlamasında deyib ki, basqın edən şəxslər yanacaqdoldurma məntəqəsində fəaliyyət göstərən ödəmə terminalını soymağa cəhd ediblər.

“Bizim yanacaqdoldurma məntəqələrimizdə onlayn ödəmə terminalları var. Bizdə olan məlumata görə, Kobuletidə fəaliyyət göstərən yanacaqdoldurma məntəqəsinə hücum edən şəxslər həmin bank aparatını açmağa cəhd ediblər, lakin buna nail ola bilməyiblər və ərazini tərk ediblər”, - deyə A. Məmmədov qeyd edib.

***

saat 11:24

Gürcüstanın Kobuleti rayonunda “SOCAR Georgia Gas”ın qaz yanacaqdoldurma məntəqəsinə hücum olub.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, bir qrup şəxs məntəqənin mühafizəçisinə hücum edərək, məntəqəyə maddi zərər veriblər.

Faktla bağlı Gürcüstan DİN tərəfindən quldurluq maddəsi ilə cinayət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR