Nərimanov rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib

Nərimanov rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib
# 23 yanvar 2007 14:43 (UTC +04:00)
Nərimanov rayonu, T. Əliyev küçəsi 50 ünvanında ölümlə nəticələnən yol qəzası olub. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Amil Baxşəliyevin idarə etdiyi “Mercedes-Benz D 208 K” markalı, 10 LK 671 dövlət nömrə nişanlı, 170 saylı xətt üzrə işləyən marşrut avtobusu ilə 57 yaşlı Fizuli Əhmədovu vurub. F. Əhmədov hadisə yerində keçinib. Faktla bağlı Nərimanov RPİ-də cinayət işi açılıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR