Azərbaycan Ordusunun beş əsgəri minaya düşüb

Azərbaycan Ordusunun beş əsgəri minaya düşüb
# 22 fevral 2007 10:07 (UTC +04:00)
Bu barədə APA-ya Müdafiə Nazirliyindəki mənbələrdən məlumat verilib. Məlumata görə, N saylı hərbi hissənin əsgəri, ötən ilin aprelində Goranboy rayon hərbi komissarlığından hərbi xidmətə çağırılmış Zöhrab Vediyev (1988) minalanmış neytral ərazidə minaya düşüb. Partlayış səsinə əsgər yoldaşına köməyə gələn həmin hərbi hissənin əsgərləri 2005-ci ilin oktyabrında Kürdəmir rayon hərbi komissarlığından hərbi xidmətə çağırılmış Zamiq Mirzəməmmədov (1987), ötən ilin iyulunda Xətai rayon hərbi komissarlığından hərbi xidmətə çağırılmış Rəşad Seyidov(1987), ötən ilin oktyabrında Göyçay rayon hərbi komissarlığından hərbi xidmətə çağırılmış Rakif Məmmədov(1987), 2005-ci ilin oktyabrında Astara rayon hərbi komissarlığından hərbi xidmətə çağırılmış Fərid Mirzəyev(1987) həmin ərazidə minaya düşüb və əsgərlər müxtəlif dərəcəli bədən xəsarəti alıblar. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ramiz Məlikov APA-ya açıqlamasında faktı təsdiqləyib. O, əsgərlərin hospitala yerləşdirildiyini və onların səhhətinin orta-ağır olduğunu söyləyib. Respublika Hərbi Prokurorluğundan isə APA-ya bildirib ki, faktla bağlı Fizuli rayon hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 338.1-ci (döyüş növbəsi çəkmə qaydalarını pozma), 342.2-ci (qulluğa səhlənkar yanaşma) maddələri ilə cinayət işi açılıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR