Güclü külək nəticəsində Şəkiyə ciddi ziyan dəyib

Güclü külək nəticəsində Şəkiyə ciddi ziyan dəyib
# 22 fevral 2007 12:19 (UTC +04:00)
Ötən gecə Şəkidə əsən güclü külək nəticəsində rayona ciddi ziyan dəyib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki rayon Fövqəladə Hallar Komissiyasının (FHK) Valeh Ələkbərov məlumat verib. Onun bildirdiyinə görə, fevralın 21-dən 22-nə keçən gecə başlayan güclü külək nəticəsində rayon mərkəzində və 20-yə yaxın kənddə yaşayış evlərinin və bir sıra obyektlərin dam örtüyü uçub, rabitə və elektrik dirəkləri yararsız vəziyyətə düşüb. Hazırda Şəki rayon FHK-nın üzvləri yerlərdə təbii fəlakətin vurduğu zərəri hesablayırlar. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR