Antalyadakı partlayışda yaralananlar arasında azərbaycanlı yoxdur

Antalyadakı partlayışda yaralananlar arasında azərbaycanlı yoxdur
# 29 mart 2007 11:14 (UTC +04:00)
Antalyanın Bələk qəsəbəsindəki beşulduzlu oteldə baş verən partlayış nəticəsində zərər çəkənlər arasında Azərbaycan vətəndaşı yoxdur. Bu barədə APA-ya Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov məlumat verib. Xatırladaq ki, bu gün səhər Bələkdəki “Kaya otel”in mətbəxində qaz balonu doldurularkən partlayış olub. Hadisə nəticəsində otel işçilərindən biri ölüb, aralarında turistlərin də olduğu 10 nəfər isə yaralanıb. Yaralananlardan biri Rusiya vətəndaşıdır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR