Azərbaycanda maşın oğurluğu ilə məşğul olan erməni həbs edilib

Azərbaycanda maşın oğurluğu ilə məşğul olan erməni həbs edilib
# 09 oktyabr 2007 13:09 (UTC +04:00)
Əməliyyat nəticəsində milliyyətcə erməni olan İqor Rubenoviç Baqiyan tutulub. İ. Baqiyan Xaçmaz RPŞ tərəfindən axtarışda olub. O, Xaçmazın Nabran qəsəbəsində Bakı sakininə məxsus “Mercedes” markalı maşını oğurlamaqda təqsirləndirilir. İ. Baqiyan hazırda Xaçmaz RPŞ-ın müvəqqəti saxlama təcridxanasındadır. Əli Bayramlı şəhərində anadan olmuş İ. Baqiyanın hazırda harada yaşadığı məlum deyil. O, xuliqanlıq, oğurluq maddəsi ilə bir neçə dəfə məhkum olunub. Bir dəfə isə Bakı Limanı vasitəsilə qaçaq yolla Türkmənistana keçmək istəyərkən tutulub. Bu ilin avqustun 11-də isə o, “Mercedes” markalı maşını oğurlayıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR