Astarada ərzaq anbarı yanıb

Astarada ərzaq anbarı yanıb
# 14 yanvar 2020 17:15 (UTC +04:00)

Astarada yanğın baş verib.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib. Xəbərə görə, rayonda ümumi sahəsi 612 m² olan anbarın yanar konstruksiyaları və içərisinə yığılan ərzaq malları 70 m² sahədə yanıb. Anbarın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR