Bakıda avtomobil maneəyə çırpılıb, 1 nəfər ölüb 4 nəfər xəsarət alıb

Bakıda avtomobil maneəyə çırpılıb, 1 nəfər ölüb 4 nəfər xəsarət alıb
# 22 yanvar 2021 12:38 (UTC +04:00)

Bakıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Xəzər rayonunun Qala qəsəbəsi ərazisində Bakı şəhər sakini O.Əbülfəzov idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolayrıcısına vurub.

Nəticədə sürücü və 4 sərnişini xəstəxanaya yerləşdirilib, sərnişinlərdən biri xəstəxanada həyatını itirib.

Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR