Bakıda binada yanğın olub - FOTO - VİDEO

Bakıda binada yanğın olub - FOTO - VİDEO
# 11 fevral 2021 00:03 (UTC +04:00)

Bakının Səbail rayonunda yanğın baş verib.

APA-nın məlumatına görə, hadisə Xaqani küçəsi ilə Azadlıq prospektinin kəsişməsində yerləşən binada qeydə alınıb.

Yanğın Kazımov Sabit Sabir oğluna məxsus evin mətbəxində meydana gəlib. Səbail RPİ-dən verilən məlumata görə, yanğına səbəb paltaryuyan maşın olub. Hadisə vaxtı isə mənzildə heç kim olmayıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin bir neçə yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. FHN-in əməkdaşlarının bildirdiyinə görə, yanğının söndürülməsi istiqamətində işlər görülür və hazırda mənzildə soyutma işləri aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR