DİN: Yasamal rayonunda vətəndaşı təhqir edən polis vəzifəsindən azad edilib, həmin vətəndaşdan üzr istənilib

DİN: Yasamal rayonunda vətəndaşı təhqir edən polis vəzifəsindən azad edilib, həmin vətəndaşdan üzr istənilib
# 09 iyun 2020 09:52 (UTC +04:00)

Yasamal rayonunda vətəndaşı təhqir edən polis işdən çıxarılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, iyunun 7-də Yasamal rayonunda gücləndirilmiş karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının üzərilərinə məişət əşyaları atanlar saxlanılarkən çəkilmiş videogörüntülər araşdırılmış və bu zaman əməkdaşlardan birinin bir qadınla yüksək səs tonunda danışaraq onun həyat yoldaşının ünvanına yersiz ifadələr işlətməsi müəyyən edilib ki, bu da bağışlanmaz hal kimi qiymətləndirilib.

Həmin qadın Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilib və ondan üzr istənilib.

Bundan sonra DİN rəhbərliyi tərəfindən həmin əməkdaşın tutduğu vəzifədən azad edilməsi və barəsində xidməti yoxlama aparılması haqqında qərar qəbul edilib.

Qeyd edək ki, həmin polis əməkdaşı vətəndaşa "dovşan" deyərək təhqir edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR