Eldar Sultanov: "Aysel Ələkbərzadə "feminist hərəkatı"nın qurbanıdır"

Eldar Sultanov: "Aysel Ələkbərzadə "feminist hərəkatı"nın qurbanıdır"
# 10 mart 2020 18:46 (UTC +04:00)

"İstintaq əsas fərziyyə kimi Aysel Ələkbərzadənin "feminist hərəkatı"nın ayrı-ayrı üzvləri tərəfindən qanunsuz aksiyanın qurbanına çevrilməsi istiqamətində aparılır".

Bunu APA-ya açıqlamasında Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib. O qeyd edib ki, cinayət işi üzrə feministlərin fəalları Aslan Həmidli, Nurlan Cəfərov (Nurlan Libre təxəllüslü), Yusif İsayev dindiriliblər.

Aysel Ələkbərzadənin aksiya zamanı istifadə etdiyi provokasiya xarakterli şüarın kimlərin təşəbbüsü ilə hazırlanması, ona təqdim olunması və aksiyada nümayiş etdirilməsi xüsusatları araşdırılır və qanunazidd hərəkətlərə yol vermiş şəxslər barəsində ciddi tədbirlər görüləcək.

Aksiyanın təşkilatçıları, fəalları, eləcə də Rəbiyyə Məmmədova, Nərmin Şahmarzadə, Xədicə İsmayıl və digər şəxslərin dindirilməsi təmin olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR