Gəncədə COVID-19 xəstələri stasionar postda saxlanılıb - FOTO

Gəncədə COVID-19 xəstələri stasionar postda saxlanılıb - FOTO
  • Clock-gray 18:48
  • calendar-gray 23 Dekabr 2020

Gəncə şəhər Baş Polis İdarəsinin və onun tabeli qurumlarının (ŞBPİ) əməkdaşları tərəfindən koronavirus pandemiyasının qarşısının alınması məqsədi ilə tədbirlər mütəmadi olaraq davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-ya verilən məlumata görə, şəhər ərazisində qurulan stasionar postda koronavirus pandemiyasına yoluxan şəhər sakinləri Cavid Allahverdiyevin və  Dilbər Məmiyevanın karantin qaydalarına zidd davranaraq müalicə aldıqları ünvanı tərk etdikləri müəyyən edilib.

Bundan başqa şəhərin girişində qurulmuş stasionar postda şəhər  ərazisinə daxil olmaq istəyən 2 nəfər sürücünün koronavirus infeksiyasının daşıyıcıları olduqları aşkarlanıb. Belə ki, müvafiq yoxlama zamanı Gəncə şəhər ərazisinə daxil olmaq istəyən Daşkəsən rayon sakinləri Əli Aqayev və Boris Rzayevin COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin olunduğu və yaşayış yerini tərk etməməsi barədə xəbərdar edildiyi müəyyən edilib.

Karantin qaydalarını kobud şəkildə pozan həmin şəxslər polis əməkdaşları tərəfindən yaşadıqları ünvana qaytarılmaları təmin olunub. Faktlarla bağlı toplanmış materiallar araşdırılması üçün Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsinə göndərilib.

Fuad Nazimoğlu

Digər xəbərlər