Goranboyda iki minik avtomobili toqquşub, 11 nəfər xəsarət alıb

Goranboyda iki minik avtomobili toqquşub, 11 nəfər xəsarət alıb
# 04 oktyabr 2020 09:12 (UTC +04:00)

Goranboyda iki minik avtomobili toqquşub.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Zeyvə-Səfikürd avtomobil yolunda baş verib.

Qəza nəticəsində aralarında yeniyetmələr və 2016-cı il təvəllüdlü azyaşlı olmaqla, 11 nəfər Zeyvə kənd sakini xəsarət alıb. Onlardan . 1984-cü il təvəllüdlü Rzayeva Təhminə Vəli qızı və 1960-cı il təvəllüd Aslanova Ramiyə Nəzir qızına rayon xəstəxanasında lazımı tibbi yardım göstərilib, 2 nəfər rayon xəstəxanasında reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR