İsmayıllıda avtomobil dərəyə aşıb, ölən var

İsmayıllıda avtomobil dərəyə aşıb, ölən var
# 24 sentyabr 2020 12:16 (UTC +04:00)

İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 23-də saat 21 radələrində İsmayıllı rayonunun Bizlan kəndi ərazisində Bakı şəhər sakini Azər Qədirli idarə etdiyi “Mitsubishi” markalı avtomobili dərəyə aşırıb.

Nəticədə A.Qədirlinin sərnişini olan anası - Əliyyə hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR