Mingəçevidrə iki avtomobil toqquşub, xəsarət alanlar var

Mingəçevidrə iki avtomobil toqquşub, xəsarət alanlar var
# 03 dekabr 2020 12:34 (UTC +04:00)

Mingəçevirdə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov küçəsində qeydə alınıb. "Hyundai" markalı minik avtomobili "Ford" markalı maşınla toqquşub.

İlkin məlumata görə, qəza nəticəsində biri azyaşlı olmaqla 3 nəfər müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR