Mingəçevirdə minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı qaz borusuna çırpılıb.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə axşam saatlarında Samux küçəsində baş verib.
1990-cı il təvəllüdlü sürücü Əzimli Sahil Nüsrət oğlunun idarə etdiyi "BMW" markalı minik maşını yol kənarındakı maneələrə, o cümlədən qaz borusuna çırpılıb. Qəza zamanı xəsarət alan sürücüyə hadisə yerində tibbi yardım göstərilib.
İlkin məlumata görə, qaz borusu zərər görsə də, ötürücülük qabiliyyətini itirməyib.
Faktla bağlı araşdırma aparılır.