Nərimanov rayonunda mərasim keçirilməsinin qarşısı alınıb - FOTO

Nərimanov rayonunda mərasim keçirilməsinin qarşısı alınıb - FOTO
# 30 avqust 2020 20:04 (UTC +04:00)

Avqustun 30-da paytaxtın Nərimanov rayonu ərazisində bir qrup şəxsin “Aşura” mərasiminin keçirilməsi ilə əlaqədar toplaşdıqları müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, onlar ərazidə xidmət aparan Nərimanov RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətiriliblər. Həmin şəxslərlə izahedici söhbətlər aparılıb.

Xüsusi karantin rejimi qaydalarını pozaraq sosial məsafəni gözləmədiklərinə görə ümumilikdə 7 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokollar tərtib olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR