Qubada avtomobil piyadanı vuraraq öldürüb

Qubada avtomobil piyadanı vuraraq öldürüb
# 04 aprel 2020 14:17 (UTC +04:00)

Aprelin 3-də saat 19 radələrində Quba rayonunun Paşaoba kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Daxili İşlər Nazirliyinə (DİN) istinadən verdiyi məlumata görə, hadisə nəticəsində şəhər sakini M. Bayramov idarə etdiyi “Moskviç” markalı avtomobillə yolu keçən həmyerlisi Feyzulla Eldarovu vurub.

Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR