Saatlıda yanğın olub, xəsarət alan var

Saatlıda yanğın olub, xəsarət alan var
# 29 mart 2021 09:06 (UTC +04:00)

Saatlıda evdə yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Saatlı rayonunun Qıraqlı kəndində ümumi sahəsi 130 m² olan tikintisi başa çatmayan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları 60 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR