Tərtərdə polis mayoru bıçaqlanıb - YENİLƏNİB

Tərtərdə polis mayoru bıçaqlanıb - YENİLƏNİB
# 27 dekabr 2019 11:47 (UTC +04:00)

Səhiyyə Nazirliyi Tərtərdə polis əməkdaşının bıçaqlanması faktı ilə bağlı məlumat yayıb.

Nazirlikdən APA-ya verilən məlumatda bildirilir ki, Tərtər rayonunda bıçaq xəsarətləri alaraq xəstəxanaya gətirilən polis əməkdaşına Tərtər Mərkəzi Rayon Xəstəxanasında ilkin tibbi yardım göstərildikdən sonra Bərdə Mərkəzi Rayon Xəstəxanasına göndərilib. Xəstəxanadan verilən məlumata görə, qarın boşluğuna nüfuz edən bıçaq yaraları diaqnozu ilə xəstəxanaya çatdırılan yaralı, dərhal əməliyyat olunub. Həkimlərin səyi nəticəsində yaralının həyatını xilas etmək mümkün olub.

Hazırda reanimasiya şöbəsində müalicə alan yaralının vəziyyəti ağır stabil kimi qiymətləndirilir.

***

Saat 09:09

Tərtərdə polis zabiti bıçaqlanıb.

APA-nın məlumatına görə, hadisə rayonun Buruc kəndində qeydə alınıb.

Kənd sakini Seyhun Nəcəfov sərxoş vəziyyətdə qardaşı Arif Nəcəfovla mübahisə edib. Bu zaman Seyhun Nəcəfov hadisə yerinə gələn Tərtər rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin rəisi, sahə müvəkkili, mayor Elçin Aslanova üstündə gəzdirdiyi bıçaqla 5 zərbə endirib.

E. Aslanov xəstəxanaya çatdırılıb, onun həyatı xilas edilib.

Hadisəni törədən S. Nəcəfov saxlanılıb.

Faktla bağlı Tərtər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR