Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirov vəfat edib

Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirov vəfat edib
  • Clock-gray 12:54
  • calendar-gray 29 Dekabr 2019

Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirov 72 yaşında vəfat edib.

Bu barədə APA-ya mərhumun ailəsindən bildirilib.

A. Bəşirov uzun sürən xəstəlikdən Türkiyədə vəfat edib. A. Bəşirov sabah Bakıda dəfn olunacaq.

Qeyd edək ki, A. Bəşirov Prezidentin 1994-cü il 19 avqust tarixli fərmanı ilə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi təyin edilib. 2013-cü il oktyabrın 22-də Xəzər Dəniz Gəmiçiliyinin rəisi vəzifəsindən azad edilib.

A. Bəşirovun vəfatı ilə bağlı ilk xəbəri bakupost.az saytı yayıb.

Allah rəhmət eləsin!

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date