Ağcabədi sakini yanıb - FOTO

Ağcabədi sakini yanıb - FOTO
# 11 noyabr 2019 14:06 (UTC +04:00)

Ağcabədi sakini yanıb.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Arasbar kəndində qeydə alınıb. Kənd sakini, 1990-cı il təvəllüdlü Şəmiyeva Cəvahir Rəhman qızı bədəninin müxtəlif hissələrinin yanıq xəsarəti ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. C.Şəmiyevaya tibbi yardım göstərilib və ona 2 və 3-cü dərəcəli yanıq diaqnozu qoyulub.

Zərərçəkmiş evdə stolüstü qaz sobasından qaz sızması nəticəsində yanıq xəsarəti aldığını bildirib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR