Ağcabədidə evdən 9500 manatlıq qızıl oğurlanıb

Ağcabədidə evdən 9500 manatlıq qızıl oğurlanıb
# 09 fevral 2023 11:36 (UTC +04:00)

Ağcabədi rayonu ərazisindəki evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

DİN-dən APA-ya verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 400 ABŞ dolları, 150 avro və 9500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakinləri Q.Bədəlov, F.Fərmanlı və H.Bayramov saxlanılıblar. Araşdırma aparılır.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR