Ağdamda sel aparan maşının sərnişinləri xilas edilib - FOTO

Ağdamda sel

© APA | Ağdamda sel

# 25 iyun 2022 11:59 (UTC +04:00)

Ağdamda Xaçınçay çayına gələn sel içində sərnişin olan avtomobili aparıb.

APA-nın yerli müxbirinin xəbərinə görə, çaydan keçmək istəyən "VAZ 2107” markalı avtomobili sel aparıb.

Hadisəni görən İlqar adlı şəxs özünü çaya ataraq avtomobildə olanları xilas edib. Hadisə yerinə çağırılan təcili tibbi yardım əməkdaşları Əhmədova Elyanə və Quliyeva Aminəni, eləcə də onları xilas edən İlqar adlı şəxsi Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR