Bank Of Baku

Ailədə zorakılığa məruz qalan qız "Asan Xidmət"də saxlanılıb

Ailədə zorakılığa məruz qalan qız "Asan Xidmət"də saxlanılıb
# 02 mart 2022 16:13 (UTC +04:00)

Bakıda ailəsi tərəfindən zorakılığa məruz qalan yetkinlik yaşına çatmayan qız 1 saylı Asan Xidmət Mərkəzində saxlanılıb.

APA xəbər verir ki, sosial şəbəkədə yayılan məlumatlara görə, G.E evdən qaçdığı üçün ailəsi tərəfindən axtarışa verilib. Asan Xidmət Mərkəzinə gələn qız qurumun təhlükəsizlik xidməti tərəfindən saxlanılaraq aidiyyəti üzrə polis bölməsinə təqdim edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin İctimaiyyətlə Əlaqələr və Kütləvi İnformasiya Vasitələri ilə İş üzrə şöbəsinin rəisi Elşad Hacıyev APA-ya bildirib ki, məsələ nəzarətə götürülüb.

"Hazırda araşdırma aparılır", - deyə qurum rəsmisi qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR