Bakının Xətai rayonunda yol nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.
APA xəbər verir ki, hadisə 8 Noyabr prospektində qeydə alınıb.
1985-ci il təvəllüdlü Mustafayev Nemət Məmməd oğlu yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub.
Yaralı ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.