Bank Of Baku

Bakıda 2 "Prius" toqquşub, 1 nəfər xəsarət alıb

Bakıda 2 "Prius" toqquşub, 1 nəfər xəsarət alıb
# 24 avqust 2023 05:06 (UTC +04:00)

Bakının Nizami rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Qara Qarayev prospektində qeydə alınıb. Hadisə zamanı "Toyota Prius" markalı iki avtomobil toqquşub. Avtomobillərdən biri zərbənin təsirindən beton maneəyə çırpılıb.

Hadisədə xəsarət alan bir nəfər, əraziyə çağrılmış təcili yardım avtomobili ilə xəstəxanaya aparılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Elşən Yəhyayev

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR