Bakıda 20 yaşlı hamilə ölüb - YENİLƏNİB

Bakıda 20 yaşlı hamilə ölüb  - YENİLƏNİB
# 01 dekabr 2022 17:05 (UTC +04:00)

TƏBİB 5 aylıq hamilənin ölümü ilə bağlı açıqlama verib.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında 30.11.2022-ci il tarixdə saat 03:55-də çağırış daxil olub.

Briqada saat 04:11-də ünvana çatdıqda həkimə qədər ölümlə rastlaşıb. Buna baxmayaraq, ailənin təkidi ilə meyit təcili yardım avtomobili ilə tibb müəssisəsinə aparılıb.

Hüquq mühafizə orqanlarına məlumat verilib və meyit aidiyyəti üzrə təhvil verilib.

***

09:17

Bakıda hamilə ölüb.

APA xəbər verir ki, hadisə Binəqədi rayonu II Mədən, Korpus 71, ev 1 ünvanında qeydə alınıb.

2002-ci il təvəllüdlü Nəzrin Həsənova hamiləliklə əlaqədar qanaxmaya düşərək ölüb. Onun 5 aylıq hamilə olduğu bildirilib

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR