Bakıda 21 min manatlıq dələduzluq edən qadın məhkəmə zalından azadlığa buraxılıb

Bakıda 21 min manatlıq dələduzluq edən qadın məhkəmə zalından azadlığa buraxılıb
# 25 iyun 2022 11:57 (UTC +04:00)

Bakıda iki nəfərə qarşı dələduzluq etməkdə təqsirli bilinərək 2 il azadlıqdan məhrum edilmiş Günay Əkbərova (şərti ad – red.) barəsindəki hökmdən verilmiş şikayətə baxılıb.

APA xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda birinci instansiya məhkəməsinin hökmü ləğv edilib.

Qərara əsasən ittiham olunan şəxsin dəymiş ziyanın böyük hissəsini ödəməsi və yaşı nəzərə alınaraq cinayət işinin icraatına xitam verilib.

Günay Əkbərova məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, Günay Əkbərova zərərçəkmiş şəxslərə torpaq sahələrində şəxsi mülkiyyət hüququ əldə etməsi üçün kömək edəcəyi vədini verərək onların 21 min 400 manat pulunu ələ keçirib.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirli bilinərək Xəzər Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR