Bakıda 3 avtomobil toqquşub, iki nəfər xəsarət alıb - FOTO

Bakıda 3 avtomobil toqquşub, iki nəfər xəsarət alıb - FOTO
# 01 dekabr 2022 00:25 (UTC +04:00)

Bakının Sabunçu rayonunda üç avtomobilin toqquşması nəticəsində zəncirvari qəza baş verib.

APA xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.

Belə ki qəza nəticəsində "Opel", "Renault" və "Geely" markalı avtomobillər toqquşub.

Hadisə zamanı "Geely" markalı avtomobildə olan sürücü və sərnişin xəsarət alıb.

Qəza səbəbindən yolda tıxac yaranıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Hər üç avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Elşən Yəhyayev

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR