Bakıda 3 avtomobil toqquşub, xəsarət alan var - FOTO - VİDEO

Bakıda 3 avtomobil toqquşub, xəsarət alan var  - FOTO  - VİDEO
# 02 iyul 2022 04:18 (UTC +04:00)

Bakının Nəsimi rayonunda yol qəzası qeydə alınıb.

APA xəbər verir ki, hadisə Hüseyn Seyidzadə küçəsində baş verib.

“Toyota” markalı maşının sürücüsü sola dönmək istəyərkən “Saipa” markalı avtomobilin sürücüsü sükana nəzarəti itirərək “Toyota”ya çırpılıb. Zərbənin gücündən “Toyota” əks yolda olan eyni markalı nəqliyyat vasitəsinə çırpılıb.

Qəza nəticəsində “Saipa”da olan sərnişin xəsarət alıb. Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR