Bakıda 5 maşın toqquşub, xəsarət alan var - FOTO

Bakıda 5 maşın toqquşub, xəsarət alan var - FOTO
# 17 may 2023 02:26 (UTC +04:00)

Bakının Yasamal rayonunda yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobilin sürücüsü geri dönmək istəyərkən kəsişmədə olan “Tofaş” markalı maşın ona çırpılıb. Zərbənin təsirindən “Tofaş” yol kənarında dayanan “Range Rover” və “Toyota” ya çırpılıb. “Mercedes” yol kənarında dayanan “Volkswagen” markalı minik avtomobilinə çırpılıb. Avtoqəza nəticəsində “Tofaş”ın sürücüsü xəsarət alıb. Toplam beş maşına ciddi ziyan dəyib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR