Bakıda 54 yaşlı kişi 16 yaşlı qonşusunu iplə boğaraq öldürüb - TƏFƏRRÜAT - YENİLƏNİB

Bakıda 54 yaşlı kişi 16 yaşlı qonşusunu iplə boğaraq öldürüb - TƏFƏRRÜAT  - YENİLƏNİB
# 10 sentyabr 2022 12:19 (UTC +04:00)

Bakıda 16 yaşlı yeniyetmənin qətlinin bəzi təfərrüatları məlum olub.

APA-nın əldə etdiyi xəbərə görə, qətl Bilgəh qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini Bikəxanım Şeydabəyova onunla eyni evdə yaşayan oğlu 2006-cı il təvəllüdlü Hüseynağa Şeydabəyovun itkin düşməsi ilə bağlı polisə müraciət edib. Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsində 16 yaşlı yeniyetmənin itkin düşməsi faktı ilə bağlı araşdırmalara başlanılıb.

Araşdırmalarla məlum olub ki, Hüseynağa Şeydabəyov qonşusu Babək Quliyev tərəfindən qətlə yetirilib. Buna səbəb isə 16 yaşlı yeniyetmənin qonşusu Babək Quliyevin qızına sataşması olub. Buna görə qəzəblənən Babək Quliyev 16 yaşlı yeniyetməni evinə salaraq döyüb, ona ağır xəsarətlər yetirib. Hirsi soyumayan Babək Quliyev Hüseynağa Şeydabəyovu iplə boğaraq qətlə yetirib. Daha sonra Babək Quliyev Hüseynağa Şeydabəyovun meyitini həyətində gizlədib.

O, daha sonra Hüseynağa Şeydabəyovun meyitini Qaradağ rayonu ərazisində yerləşən daş karxanalarından birinin yaxınlığında torpağa basdırıb.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin üstü açılıb və Babək Quliyev saxlanılıb.

***

12:00

Sentyabrın 6-sı Sabunçu Rayon Polis İdarəsinə 2006-cı il təvəllüdlü Hüseynağa Şeydabəyovun itkin düşməsi ilə bağlı daxil olmuş müraciət əsasında aparılmış istintaq-əməliyyat tədbirləri ilə sonuncunun qəsdən öldürülməsi müəyyən olunub.

Bu barədə APA-ya Sabunçu rayon Prokurorluğundan bildirilib.

Rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb. İstintaqla zərərçəkmişin qonşusu 1968-ci il təvəllüdlü Babək Quliyevin qisas almaq məqsədilə Hüseynağa Şeydabəyovu döyərək xəsarətlər yetirməsinə, daha sonra iplə boğaraq öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Babək Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR