Bakıda avtomobil dirəyə çırpılıb, 1 nəfər xəsarət alıb - YENİLƏNİB

Bakıda avtomobil dirəyə çırpılıb, 1 nəfər xəsarət alıb - YENİLƏNİB
# 30 may 2023 10:00 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

FHN-dən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “ВАЗ” markalı minik avtomobili yol kənarındakı elektrik dirəyinə çırpılıb, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfər müxtəlif xəsarətlərlə nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

05.43

Bakının Suraxanı rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.

APA xəbər verir ki, qəza Hövsan-Türkan yolunda baş verib.

Belə ki, idarərtməni itirən "VAZ 2107" markalı avtomobilin sürücüsü maşını işıq dirəyinə çırpıb.

Nəticədə işıq dirəyi yerindən çıxıb, avtomobil aşıb. Aşan avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən çıxarılıb. Xəsarət alan sürücü təcili yardım vasitəsilə xəstəxanaya çatdırılıb.

Əraziyə polis əməkdaşları cəlb edilib.

Hadisənin təfərrüatı araşdırılır.

Elşən Yəhyayev

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR