Bakıda avtomobil mopedlə toqquşub, ölən var

Bakıda avtomobil mopedlə toqquşub, ölən var
# 17 may 2023 09:03 (UTC +04:00)

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

APA xəbər verir ki, 2001-ci il təvəllüdlü Allahverdiyev Murad Laçın oğlu Mərdəkan qəsəbəsində idarə etdiyi “Pejo 407” markalı avtomaşınla hərəkətdə olarkən Paşayev Əli Bəhruz oğlunun idarə etdiyi mopedlə toqquşub.

Nəticədə mopedin sürücüsü aldığı xəsarətlərlə Sabunçu Tibb Mərkəzinə yerləşdirilsə də, orada ölüb.

Faktla bağlı cinayət işi başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR