Bakıda avtoxuliqanlıq edən sürücülər saxlanılıb – REYD FOTO - VİDEO

Bakıda avtoxuliqanlıq edən sürücülər saxlanılıb – REYD – FOTO - VİDEO
  • Clock-gray 06:31
  • calendar-gray 23 Oktyabr 2019

Gecə saatlarında Dövlət Yol Polisinin əməkdaşları tərəfindən Bakı şəhərində qayda pozan sürüclərlə bağlı reyd keçirilib.

APA-nın məlumatına görə, “VAZ 2107” markalı avtomobilin sürücüsü polislərin “saxla” əmrinə tabe olmayıb. Qayda pozan sürücüyə Yasamal rayonu ərazisində işıqvurma cihazlarının nasazlığı ilə əlaqədar Yasamal Rayon Yol Polis Şöbəsinin əməkdaşları tərəfinbdən “saxla” əmri verilib. 

Sürücü əmrə məhəl qoymayaraq, nəqliyyat vasitəsini Həsən bəy Zərdabi küçəsində yüksək sürətlə idarə etməyə başlayıb. Bu azmış kimi, o, avtomaşını ilə əks istiqamətli yolda hərəkət edib.

Sonda nəqliyyat vasitəsi Tbilisi prospektində Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən yaradılan suni tıxac vasitəsilə saxlanılıb.  

Məlum olub ki, avtoxuliqanlıq əməlini törədən şəxs Həsənov Şahin Fazil oğludur. Sürücü Yasamal Rayon Polis İdarəsinin  27-ci polis bölməsinə təhvil verilib.  

Yasamal Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları avtomobili cərimə meydançasına yerləşdirib. Sürücü isə inzibati xətalar məcləsinin 511-ci maddəsi ilə məsuliyyətə cəlb edilib.

Digər qayda pozuntusu isə Səbail rayonunda qeydə alınıb. Belə ki, xanım sürücü idarə etdiyi “Hyundai” markalı avtomobillə Neftçilər prospektində manevr qaydalarını klobud şəkildə pozub. Səbail Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları sürücüyə “saxla” əmri verib. Xanım sürücü isə əmrə məhəl qoymayıb. Sonda Post Patrul Xidmətinin əməkdaşları ilə birgə yol polisi xanımın idarə etdiyi avtomobili saxlaya bilib.

Sürücü heç bir sənədə təqdim etməyib. O, inzibati məsuliyyətə cəlb edilib.

Qeyd edək ki, yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı maarifləndirmə tədbirləri davam etdiriləcək.

Nurlan Əli

Digər xəbərlər

Arxiv

date