Bakıda baş verən qəza tıxaca səbəb olub - FOTO

Bakıda baş verən qəza tıxaca səbəb olub - FOTO
# 30 avqust 2023 02:42 (UTC +04:00)

Bakıda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza paytaxtın Ziya Bünyadov prospektində qeydə alınıb. "Mercedes" markalı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini "Hyundai" markalı maşına çırpıb.

Hadisə nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib. Qəzaya görə prospektdə uzun tıxac müşahidə edilib.

Əraziyə polis əməkdaşları cəlb edilib. Hadisənin təfərrüatı araşdırılır.

Elşən Yəhyayev

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR