Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, qəza Abbas Mirzə Şərifzadə və Əsəd Əhmədov küçələrinin kəsişməsində qeydə alınıb.
Belə ki, yol kəsişməsində idarəetməni itirən " Khazar" markalı avtomobilin sürücüsü maşını BMW markalı maşına çırpıb.
Hadisənin təfərrüatı araşdırılır.
Elşən Yəhyayev