Bakıda evakuator avtomobillərə çırpılıb, daşıdığı yük avtomobili yola aşıb - FOTO - VİDEO

Bakıda evakuator avtomobillərə çırpılıb, daşıdığı yük avtomobili yola aşıb  - FOTO  - VİDEO
# 04 noyabr 2022 02:21 (UTC +04:00)

Bakının Sabunçu rayonunda yol qəzası zamanı bir nəfərin ayağı sınıb.

APA xəbər verir ki, Şamil Kamilov və Sakit Qocayev küçələrinin kəsişməsində qeydə alınıb.

Evakuatoru idarə edən sürücü sükana nəzarəti itirib. Bu zaman evakuatorun üzərində olan yük avtomobili piyadanın üzərinə düşüb. Nəticədə piyada ağır xəsarət alıb. Bundan başqa idarəetmədən çıxan evakuator kəsişmədə olan “Opel” markalı maşına, daha sonra “Toyota” markalı avtomobilə çırpılıb. Qəza nəticəsində “Opel”in sürücüsü də xəsarət alıb.

Qəza nəticəsində Sakit Qocayev küçəsində tıxac yaranıb. Yol polisinin əməkdaşları nəqliyyatın hərəkətini tənzimləyiblər.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR