Bank Of Baku

Bakıda gənc oğlan döyülərək bıçaqlanıb

Bakıda gənc oğlan döyülərək bıçaqlanıb
# 09 aprel 2023 22:39 (UTC +04:00)

Bakının Nizami rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.

APA xəbər verir ki, hadisə Babək prospektində baş verib.

Belə ki, 1992-ci il təvəllüdlü Nağıyev Vüsal İkram oğlu "Qarabağlar" restoranından çıxarkən üç nəfər naməlum şəxs onu döyüb.

Daha sonra V.Nağıyev bıçaqlanıb.

Yaralı bədənin bir neçə yerindən bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami Rayonu Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR