Bakıda gənc oğlan güllələnib

Bakıda gənc oğlan güllələnib
# 01 oktyabr 2022 02:31 (UTC +04:00)

Bakının Xəzər rayonunda dava zamanı bir nəfər güllələnib.

APA xəbər verir ki, hadisə Binə qəsəbəsi, Südçülük Sovxozu ərazisində qeydə alınıb.

1994-cü il təvəllüdlü Piriyev Tural Xanlar oğlu naməlum şəxs tərəfindən tüfəngi ilə güllələnib.

O sağ baldır və qarın nahiyysinin güllə yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR